Aeroporta gedən ekspress avtobusların intervalı azaldıldı

aeroporta-geden-ekspress-avtobuslarin-intervali-azaldildi
Oxunma sayı: 2331

Bu gündən etibarən metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb. 

Bildirilir ki, daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 25 dəqiqəyə endirilib. Müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb. 

Qeyd edək ki, daha əvvəl sözügedən marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında interval 30 dəqiqə idi.