Aeroportdakı qalmaqalla bağlı açıqlama

aeroportdaki-qalmaqalla-bagli-aciqlama
Oxunma sayı: 2141


X.Hüseynovanın nümayəndəsi Ramiz Əliyev musavat.com-a bildirib ki, yazıda qeyd edilən məlumatlar həqiqət deyil. Nümayəndə X.Hüseynovanın HGMX rəisi olaraq kimisə işə götürmək və ya işdən çıxarmaq səlahiyyətində olmadığını deyib: “Əgər hansısa işçi ona tapşırılan vəzifəsinin öhdəsindən gəlmirsə əlbəttə ki, işdən çıxarılır. Bu hər bir təşkilatda var. Yazıda qeyd olunur ki, güya hansısa kişi söyüşlərə dözməyib işdən çıxarılıb. Həmin adam Xalidə xanımın işçisi deyil. Xalidə xanım 25 ildir ki, həmin xidmətə rəhbərlik edir və bu illər ərzində işçilərdən yalnız bir tələbi olub – qayda-qanunla işləmək. Başqa heç bir şey olmayıb. Bir daha qeyd edirəm ki, Xalidə Hüseynovanın kimlərisə işdən çıxarmaq səlahiyyəti də yoxdur. Aeroportdan kiminsə hansısa yükü çıxarması da mümkünsüzdür. Yəni oradan maşınla yük çıxarılması haqda yazılanlar da digər məlumatlar kimi həqiqət deyil”. Nümayəndə qeyd etdi ki, X.Hüseynovanın bacısı G.Əmirova  HGMX-in sıravi işçilərindən biridir və onun da sıravi işçi kimi digər işçilərə hansısa bir irad bildirmək səlahiyyəti yoxdur.