Afaq Bəşirqızı xəstəxanalıq olub?

afaq-besirqizi-xestexanaliq-olub
Oxunma sayı: 3743

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənə atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyyədən əzilib.

Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.

***

“Qafqazinfo” Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Sənətçi məlumatı təkzib edərək əsassız olduğunu bildirib: “Nə danışırsız? Belə bir şey olmayıb, yalandır”.