Afaq Bəşirqızının səhhətində problem yaranıb

afaq-besirqizinin-sehhetinde-problem-yaranib
Oxunma sayı: 3027

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.

Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb:

“Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır”.