Tərcümə Mərkəzinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn tərcüməçi Nadir Qocabəylinin “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsində növbəti mərhələyə keçməməsiylə bağlı açıqlama verib:
“Nadir Qocabəylinin dedikləri həqiqətə uyğun deyil.Bir neçə gündür ki, Nadir Qocabəyli Mərkəzin rəhbərliyini qeyri-obyevtiklikdə ittihamlandırır, ancaq həqiqət budur ki, Afaq Məsud müsabiqənin ekspertlərindən biri deyil. Müsabiqəyə göndərilən əsərlər dil mütəxəssisləri və ekspertlər tərəfindən oxunub, uyğun bal verilib. Nadir müəllimin tərcüməsi az bal aldığına görə növbəti mərhələyə keçməyib. Bu sadə məsələni sadəcə qəbul etmək lazımdır. Mərkəz müsabiqəyə göndərilən heç bir tərcümə əsərinin seçimində ədalətsiz qərar qəbul etməyib”.
Son xəbərlər
Son Xəbərlər