“Afaqdan yeni bir Qədirxan dünyaya gətirməsini…” - Xalq artisti

afaqdan-yeni-bir-qedirxan-dunyaya-getirmesini
Oxunma sayı: 5112

Tanınmış muğam ustadı, xalq artisti Könül Xasıyeva yaşadığı çətin günlərdən danışıb.

”Qafqazinfo”nun məlumatına görə, o, bu haqda milli.az-a açıqlama verib:

"Mənim xoşbəxt günüm çox az olub. Bir gözüm ağlayıbsa, bir gözüm həmişə gülüb. Ölümün üzünə dik baxmağı bacarıram. Həyatda çox çətinlik çəkmişəm, həyat məni döydükcə bərkidib. Cavan bacımı, mənə ən yaxın olan rəfiqəmi itirmişəm.

Son illər isə Afaq Gəncəlinin oğlu Qədirxanın ölümü mənə pis təsir etdi. Afaqla yaxınlığım yox idi, mən, sadəcə, bir ana kimi onun dərdinə yandım. Ona zəng edib yeni bir Qədirxan dünyaya gətirməsini xahiş etdim. Qədirxanın şəkillərini indi də saxlayıram. Hər gecə onun şəkillərinə baxıb, ağlayıram".

Qeyd edək ki, Afaq Gəncəlinin oğlu Qədirxan ötən ilin noyabr ayında xərçəng xəstəliyindən vəfat edib.