AFFA "Neftçi"nin futbolçusu Ervin Koffini cəzalandırıb. “Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu (1:1) bitdikdən sonra Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb.
“Neftçi” isə futbolçusunun bu hərəkətinə görə 2000 manat cərimələnib.
Qeyd edək ki, sözügedən matçdan sonra azarkeşlər etiraz ediblər və iğtişaş yaradıblar. Ervin Koffi isə fanatlara butulka atıb.
Son xəbərlər
Son Xəbərlər