AFFA Berlindəki futbol məktəbinə nə qədər pul xərcləyib? - Video

affa-berlindeki-futbol-mektebine-ne-qeder-pul-xercleyib
Oxunma sayı: 1574

İTV-də yayımlanan “3 D” verilişinin qonağı olan Elxan Məmmədov 2009-cu ildə AFFA-nın Berlində yaratdığı uşaq futbol məktəbindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, federasiyanın baş katibi 3 il ərzində həmin məktəbə xərclənən pullardan da danışıb: 

Məmmədov bildirib ki, Berlindəki məktəbin açılmasında məqsəd orada yaşayan azərbaycanlılara xidmət göstərmək olub: “Almaniyada yaşayan azərbaycanlıları ora cəlb etmək məqsədilə bu məktəb yaradılmışdı. Ölkəmizi də təbliğ etmək istəyirdik. Bu məktəbin açılmasına təxminən 100 min manat (AFF-nın hesabatında 160 min manat göstərilib) xərcləyirdik. Böyük rəqəmlərdən söhbət gedə bilməz”.