AFFA bu dəfə necə cəza kəsdi?

affa-bu-defe-nece-ceza-kesdi
Oxunma sayı: 874


“Qafqazinfo” affa.az saytına istinadən xəbər verir ki,  “Bakı” – “Neftçi” matçında “Bakı” klubunun 5, “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub

Əvəzedici komandaların qarşılaşmasında da xoşagəlməz hadisələr yaşanıb. Belə ki, “Simurq” – “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun  futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olmuş və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyun davam edib İntizam Komitəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edib:

 Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub

Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə ödəyəcək.