AFFA çempiona kubok əvəzinə şar verdi - Foto

affa-cempiona-kubok-evezine-sar-verdi
Oxunma sayı: 2272

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib. 

Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.