AFFA-dan Bəhram Bağırzadəyə cavab gəldi

affa-dan-behram-bagirzadeye-cavab-geldi
Oxunma sayı: 660

Qeyd edək ki, millimizin aparıcı üzvləri ilə dost olan Bəhram Qazaxıstana məğlub olduğumuz oyundan sonra bəzi futbolçularımızın içki məclisi təşkil etdiklərini, maşın alveri barədə danışdıqlarını deyib.

Məsələylə bağlı Qol.Az-ın müxbiri AFFA-ınn İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna müraciət edib. Mikayıl Nərimanoğlu sualı eşidərkən bunları deyib: “Bəhram Bağırzadənin səsləndirdiyi fikirləri eşitməmişəm. Bu sözləri Bəhram Bağırzadə deyibsə, xahiş edirəm, onun özündən soruşasınız. Amma mən futbolçuların içki məclisi qurduğunu görməmişəm”.

AFFA rəsmisinin ANS telekanalında millinin üzvləri ilə bağlı yayımlanan kadrlara münasibəti isə ilginc olub. Xatırladaq ki, həmin kadrlarda yığma üzvləri qazaxlara məğlubiyyətə baxmayaraq, olduqca şən görünüblər və gülümsünüblər.

Mikayıl Nərimanoğlu futbolçuların bu utancverici hərəkətinə qarşı hər hansı tədbir görməyəkcəklərini söyləyib: “Bununla bağlı nə tədbir görməliyik ki? Məğlubiyyətə görə hərə öz hisslərini bir cür biruzə verir. Kimi əsəbiləşə, kimisi gülə bilər. Bu da mənlik deyil. Onların şəxsi işidir”.