AFFA-dan bu oyundakı davaya görə ağır cəzalar

affa-dan-bu-oyundaki-davaya-gore-agir-cezalar
Oxunma sayı: 2059

AFFA İntizam Komitəsi CəbrayılEnergetik (Mingəçevir) komandaları arasında Region Liqasının 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, qərara əsasən, “Energetik” komandasının rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb. Bundan başqa, oyunun sonlarında hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün “Energetik” komandasının futbolçuları - Elvin Əlizadə, Allahverdi Allahverdiyev, Tural Məmmədzadə hər biri 14, Orxan Əlibabayev 10 oyunluq cəzalandırlıb.

90+3-cü dəqiqədə oyun yarımçıq dayandırıldığı üçün “Energetik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.