AFFA-dan erməni təxribatına - Reaksiya

affa-dan-ermeni-texribatina
Oxunma sayı: 3458

"Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) reaksiya verib.

“Qafqazinfo”nun məlumatına görə, Assosiasiya “Facebook” səhifəsində bu barədə yazıb: 

“Bildiyiniz kimi, “Düdelanj” – “Qarabağ” oyunun ilk hissəsində təxribat yaşandı. Bununla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb narazılığını bildirdi. Bu gün rəsmi qaydada müraciət olunacaq”.

Xatırladaq ki, “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 30-cu dəqiqəsində "Jozi Bartel" stadionu üzərində dronla qondarma “Dağlıq Qarabağ” rəhbərliyinin “bayrağ”ı asılıb. Komandamız və azarkeşlər buna etirazlarını bildiriblər. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri Dan Kreş üzr istədikdən sonra oyun davam etdirilib.