AFFA-dan Meza Kolli və Diniyevə 3 oyunluq cəza

affa-dan-meza-kolli-ve-diniyeve-3-oyunluq-ceza
Oxunma sayı: 865

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 21-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.

 “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.

 Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində  yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.