AFFA-dan “Qəbələ”nin baş məşqçisinə ağır cəza

affa-dan-qebelenin-bas-mesqcisine-agir-ceza
Oxunma sayı: 1915

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. 

“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.