AFFA-dan “Qəbələ”nin qapıçısına sərt cəza

AFFA-dan “Qəbələ”nin qapıçısına sərt cəza
Oxunma sayı: 853

AFFA “Qəbələ”nin qapıçısı Anar Nəzirova sərt cəza tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, qurumun İntizam Komitəsi ona dörd oyunluq cəza verib. AFFA-nın saytında açıqlanan qərarda deyilir:

“Premyer Liqanın XIV turunun “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunur. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək”.

Bundan başqa, oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

İntizam Komitəsi həmçininin “Keşlə”nin futbolçusu Flores Franco Valentinə 1 oyunluq cəza verib. Bunaa onun Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Kəpəz”ə qarşı matçın 45+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi