AFFA-dan Təmkin Xəlilzadəyə ağır cəza

AFFA-dan Təmkin Xəlilzadəyə ağır cəza
Oxunma sayı: 1235

“Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadənin cəzası məlum olub.

“Qafqazinfo” xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futbolçu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

Premyer Liqanın VIII turunun “Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra qonaq komandanın üzvü Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.

Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın digər müdafiəçisi Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi