“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, 6 ayadək müddətə sıradan çıxan “Qarabağ” klubunun 19 yaşlı yarımmüdafiəçisinin əməliyyat və digər xərclərini federasiya çəkəcək: “Namiq Ələsgərov yığmanın düşərgəsində olarkən zədə alıb. Bu səbəbdən onun müalicəsi üçün lazım olan xərcləri də biz ödəyəcəyik”.
Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan-Malta qarşılaşmasının 22-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə xəsarət alaraq, meydanı vaxtından əvvəl tərk etməli olub. Bu gün aparılan MR müayinəsindən sonra onun ön carpaz bağlarının sıradan çıxdığı məlum olub.
Son xəbərlər
Son Xəbərlər