AFFA-dan “Zirə”yə 2000 min manat cərimə

affa-dan-zireye-2000-min-manat-cerime
Oxunma sayı: 862

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 25-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.

“Qəbələ” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində qonaqların məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.