AFFA dava salan oyunçunu 1 il futboldan kәnarlaşdırdı

affa-dava-salan-oyuncunu-1-il-futboldan-knarlasdirdi
Oxunma sayı: 1176

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov 1 il müddətinə futbol oynamaqdan məhrum edilib.

Belə ki, o, “Ağsu” klubunun 8 №-li futbolçusuna hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub.

İntizam Komitəsi oyunun videoyazısını izləyərək qərar verib ki,"Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılsın, klub 1500 manat məbləğində cərimə olunsun.