AFFA dəyişiklik edə bilər

affa-deyisiklik-ede-biler
Oxunma sayı: 796


“Qafqazinfo” apasport.az saytına istinadən xəbər verir ki, konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Burada əsas müzakirə mövzusu Topaz Premyer Liqasında legioner limiti olacaq. Çempionatda mübarizə aparan klubların hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində narazı olmaları bu məsələyə yenidən baxılmasını zəruri edib.

 İclasda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizlinin də iştirakı nəzərdə tutulub. Onlar klubların mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırmalıdırlar. 

 Qeyd edək ki, ötən il avqustun 14-də keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, 2014-2015-ci il mövsümündən başlayaraq limit 6+5 sistemi ilə tətbiq edilməli və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.