“Qafqazinfo” affa.az-a istinadən məlumat verir ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
“Neftçi” – “Bakı” matçında ev sahibi klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Sumqayıt” matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə ödəyəcək. “Rəvan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 30 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Son xəbərlər
Son Xəbərlər