AFFA FİFA prezidentinə qarşı aksiyada iştirak edəcək?

affa-fifa-prezidentine-qarsi-aksiyada-istirak-edecek
Oxunma sayı: 768


“Qafqazinfo”nun  “Sportnet.az”-a istinadən  məlumatına görə, AFFA Mətbuat və İctimaiyyətlə Əlaqədar Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "The Telegraph” qəzetinin yazdıqlarını təəccüblə qarşıladığını bildirib.


Nərimanoğlu deyib: "Biz bunu ilk dəfədir ki, eşidirik. Onların bu xəbəri nəyə əsasən yazdıqlarını deyə bilmərəm. Bunu həmin mətbu orqandan öyrənə bilərsiniz”.


Daha bir məqam odur ki, mayın ortalarında İordiyanıyanın paytaxtı Əmmanda keçirilmiş Asiya Futbol Forumuna AFFA-nın baş katibi Elxam Məmmədov UEFA-nın və qurumun prezidenti Mişel Platininin nümayəndəsi kimi qatılıb. Bu isə istər-istəməz AFFA rəhbərliyinin FİFA prezidenti Yozef Blatterdən narazı olduğu bildirilən Platiniyə dəstək verməsi qənaətini yaradır. Lakin Nərimanoğlu burada qeyri-adi bir şeyin olmadığını deyib: "Gəlin belə danışaq, o, da UEFA prezidenti Mişel Platininin nümayəndəsi kimi həmin tədbirdə iştirak edib. Orada dəstəkləmək söhbəti olmayıb”.


Qeyd edək ki, "The Telegraph” nəşri UEFA-ya üzv olan bütün 54 milli federasiya nümayəndələrinin FİFA prezidenti Yozef Blatterin yenidən seçilməsinə qarşı oturaq etiraz aksiyası keçirəcəyini yazıb. Bu aksiyanın iyunda Braziliyanın San-Paulu şəhərində baş tutacaq FİFA-nın illik konqresində olacağı deyilir.