AFFA Flavinyonun cəzasını ləğv etdi

affa-flavinyonun-cezasini-legv-etdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, iclasda Azərbaycan kubokunun ilkin yarımfinal görüşlərində və Unibank Premyer liqasının 29-cu turunda baş verən hadisələrlə bağlı qərarlar çıxarılıb.

Azərbaycan kubokunun 1/2 final “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXIX turunun “Rəvan” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun 6 nömrəli futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXIX turunun “Simurq” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” klubunun 10 nömrəli futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Matç başa çatdıqdan sonra “Sumqayıt” klubunun 27 nömrəli futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXIX turunun “İnter” – “Qəbələ” matçının 81-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Unibank Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur.

Matçın 73-cü dəqiqəsində “Neftçi” klubunun 9 nömrəli futbolçusu Flavio Aleks Valensioya simulyasiyaya görə sarı vərəqə göstərilmişdir. Lakin matçın videoyazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yalnış olduğu aşkar edilmişdir. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilir.

Beləliklə, Flavinyo “Neftçi”nin növbəti matçında meydana çıxa biləcək.


Ceyhun Əhmədov