AFFA Frits Ştuxliki göndərdi

affa-frits-stuxliki-gonderdi
Oxunma sayı: 1238

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Frits Stuxlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.