AFFA hakimləri koronavirus testindən keçirəcək

affa-hakimleri-koronavirus-testinden-kecirecek
Oxunma sayı: 652

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə qrumun rəsmi saytından məlumat verilib.

Bildirilir ki, bu həftə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə hakimlər test verəcəklər. Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.