AFFA himnimizə görə şikayət etdi

affa-himnimize-gore-sikayet-etdi-
Oxunma sayı: 646

Azerisport.az xəbər verir ki, buna qonaq komandanın üzvlərinin ölkəmizə qarşı hörmətsizlik etmələri səbəb olub.

Belə ki, AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç oyunundan öncə dövlət himnimiz səslənərkən qonaq komandanın üzvləri özlərini heç də layiqli aparmayıblar. Onlar gah bir-biri ilə danışmağa, gah da müxtəlif hərəkətlər etməyə başlayıblar.

Bütün bu olaylar isə AFFA rəhbərliyinin xoşuna gəlməyib. Onlar dərhal UEFA nümayəndəsinə bu barədə narazılıqlarını dilə gətiriblər. Federasiya rəhbərliyi UEFA-ya müraciət də edib.