AFFA “İnter” və “Zirə”ni cəzalandırdı

affa-inter-ve-zireni-cezalandirdi
Oxunma sayı: 651

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” - “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 13-cü dəqiqəsində “Zirə”nin futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

“İnter” - AZAL matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.