AFFA Klublar Komitəsinin videokonfransı keçiriləcək

affa-klublar-komitesinin-videokonfransi-kecirilecek
Oxunma sayı: 790

Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
 
Toplantıda klubların məşqlərə başlaması, həmçinin Azərbaycan Premyer Liqası və I Divizionunun mümkün bərpasının müzakirə olunacağı gözlənilir.