AFFA klublara rədd cavabı verdi

affa-klublara-redd-cavabi-verdi
Oxunma sayı: 810


  “Qafqazinfo” “affa.az” saytına istinadən xəbər verir ki, iclasda “Xəzər Lənkəran”nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və “Simurq” PİK-in futbolçu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 1.  “Xəzər Lənkəran” FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.

2.  “Simurq” PİK-in futbolçusu Çeran Draqan barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.