AFFA klublarımızın oyunlarının yerinin dəyişdirilməsi üçün UEFA ilə danışıq aparır

affa-klublarimizin-oyunlarinin-yerinin-deyisdirilmesi-ucun-uefa-ile-danisiq-aparir
Oxunma sayı: 1956

Xəbər verdiyimiz kimi, avqustun 10-da Bakıda avrokubokların 3 oyunu keçiriləcək. UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib. 

Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli “Qafqazinfo”ya açıqlamasında AFFA-nın bununla bağlı UEFA ilə danışıqlara başladığını bildirib:

“Hazırda UEFA-nın yarışların keçirilməsi departamenti ilə bu məsələ ilə bağlı danışıqlar gedir. Ehtimal var ki, hər hansı bir dəyişiklik olsun. Müzakirələr davam edir.
Konkret hansı oyunun dəyişdirilməsi ilə bağlı məlumat yoxdur. Amma danışıqlar gedir ki, Bakıda eyni gündə 3 oyun keçirilməsin”.