“Qafqazinfo”nun idmanxeber.com-a istinadən məlumatına görə, iclasda “Neftçi” PFK ("Neftçi" - "Rəvan" oyunundan sonra təhlükəsizliyin təmin olunmaması məsələsi) və “Xəzər Lənkəran” FK ("Qəbələ" - "Xəzər Lənkəran" matçında qonaq azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Neftçi ” PFK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Xəzər Lənkəran” FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
Son xəbərlər
Son Xəbərlər