Ötən mövsümün sonunda “Qarabağ”dan göndərilən braziliyalı yarımmüdafiəçi Danilo Dias qalmaqallı şəkildə ölkəmizdən getmişdi.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə klubun əvəzedici heyətinə göndərilən futbolçu az keçmədi ki, yola salındı. Azərbaycanda uğursuz karyera keçirən Dias ölkəmizdən ayrıldıqdan sonra Mərakeşin “Berkane” klubundan təklif alır. Afrika ölkəsinə yollanan futbolçu artıq klublar müqavilə imzalamaq mərhələsəinə gəlib çatır. Burda isə yalnız Azərbaycan Futbol Federasiyasının beynəlxalq transfer sertifikatını göndərməsi lazım olur. Bunun üçün Mərakeş Futbol Federasiyası AFFA-dan kağızı istəyir. Azərbaycan tərəfi həmkarlarına lazım olan sənədi göndərirlər. Lakin bu zaman Dias Portuqaliyanın “Yunian Madeyra” klubundan təklif alır. Daha cəlbedici təklif olduğunu görən futbolçu Mərakəş klubunu tərk edərək Priney yarımadasına yollanır. Transfer sertifikatı “Berkane”də olan futbolçu “Yunian Madeyra”ya getdikdən sonra Portuqaliya Futbol Federasiyası ((PFF) həmin vərəqə üçün AFFA-ya müraciət edir. AFFA-da bu sənədi PFF-yə göndərir.
Qaydalara görə bir federasiya futbolçu üçün yalnız bir dəfə beynəlxalq transfer sertifikatı (CİT) göndərə bilər. Bu səbəbdən də Mərakeş Futbol Federasiyası AFFA-dan FİFA-ya şikayət edir. Bu barədə “Berkane” klubunun idman direktoru Hişame Tita Mehdi “Qafqazinfo”ya məlumat verdi: “Danilo Dias adlı futbolçu bizim komandaya keçməli idi. Onunla bütün məsələlərdə razılaşmışdıq. Bütün məsələlər qaydasına qoyuldu. Sonda biz beynəlxalq transfer vərəqəsi üçün Mərakeş Futbol Federasiyası Azərbaycan Futbol Federasiyasına kağız üçün müraciət etdi. Onlar da göndərdilər. Sonra birdən-birə Danilo Dias yoxa çıxdı. Eşitdik ki, Portuqaliyanın “Yunian Madeyra” klubuna gedib. AFFA eyni sənədi Portuqaliya Futbol Federasiyasına da göndərib. Amma onlar eyni sənədi iki dəfə göndərmək hüququna malik deyillər. Bu necə olur? Buna görə də FİFA-ya üz tutduq. Şikayət etdik və hələ ki, şikayətdən bir səs-soraq yoxdur. FİFA məsələni araşdırır. Fikrimcə, bu il cavab çıxacaq. Biz buna görə kompensasiya tələb edirik. Futbolçu iki müqavilə imzalayıb və AFFA da buna icazə verib. Bizə ödənilən kompensasiyanı isə kimin verəcəyinin önəmi yoxdur”.
Braziliyalı futbolçu özü də qismən bunu təsdiq etdi: “Bəli, mən “Berkane”yə getmişdim. Sadəcə orda bəzi insanların yalan danışdığını gördüm. Tanımadığım menecerlər mənə qarşı bəzi fikirlər səsləndirdilər. Bu səbədən Portuqaliyaya döndüm”.
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin üzvü Orxan Əhmədov da məlumatı saytımıza təsdiqlədi: “Bəli, belə bir problem mövcud idi. Amma burda günah daha çox futbolçunun özündə idi. O, əvvəlcə Mərakeş klubu ilə müqavilə imzalamaq üzrə idi, daha sonra Portuqaliyaya getdi. Mərakeş klubu da bizdən FİFA-ya şikayət etmişdi. Buna görə ali futbol qurumu bizə cərimə kəsdi. Həmin cəriməni də ödəmişik. Onunla bağlı bir problemimiz qalmayıb”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər