AFFA Mənsimovun klubuna lisenziya vermədi

affa-mensimovun-klubuna-lisenziya-vermedi
Oxunma sayı: 1471

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması ilə bağlı qərar verib. "Qafqazinfo" xəbər verir ki, lisenziya alan klublar arasında "Xəzər Lənkəran" və "Rəvan"ın adı yoxdur.

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Zirə” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Zirə” FK, Sumqayıt FK.

Qeyd edək ki, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyib. Bunu nəzərə alan komissiya çatışmazlıqları aradan qaldırmaq üçün əlavə 14 gün vaxt verib. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix mayın 30-dur.