AFFA milli komandamıza daha bir rəqib tapdı

affa-milli-komandamiza-daha-bir-reqib-tapdi
Oxunma sayı: 1501

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv iyunun 5-də Kişinyov şəhərində Moldova yığması ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan milli komandası mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə də üz-üzə gələcək.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliya, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.