AFFA millinin baş məşqçisi ilə bağlı açıqlama yaydı

affa-millinin-bas-mesqcisi-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1472

Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın saytı xəbər yayıb. Ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirildiyi bildirilib. 

Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.