AFFA millinin baş məşqçisini dekabrın 2-də müzakirə edəcək

AFFA millinin baş məşqçisini dekabrın 2-də müzakirə edəcək
Oxunma sayı: 865

Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər