AFFA “Neftçi” və “İnter”i cəzalandırdı

affa-neftci-ve-interi-cezalandirdi
Oxunma sayı: 729

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının XXII turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XXII turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunur.