AFFA “Neftçi”ni cəzalandırdı

affa-neftcini-cezalandirdi
Oxunma sayı: 798

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 4-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.

“Sumqayıt” – “Zirə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

“Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində qonaqların futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.