AFFA “Neftçi”nin məşqçisinin cəzasını azaltdı

AFFA “Neftçi”nin məşqçisinin cəzasını azaltdı
Oxunma sayı: 643

“Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətinə baxan AFFA-nın Apellyasiya Arbitraj Tribunalı məsələ ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubun şikayəti qismən təmin edilib.
 
Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində "ağ-qaralar"ın məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə isə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi