AFFA “Neftçi”yə güzəşt etdi

affa-neftciye-guzest-etdi
Oxunma sayı: 657

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda AFFA-nın İntizam Komitəsinin qərarları ilə bağlı “Turan”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının müraciətinə baxılıb. Nəticədə “Turan” və “Xəzər Lənkəran”ın etirazı faydasız qalıb. “Neftçi” haqqında verilən qərarda isə dəyişiklik edilib. Komandanın məşqçisi Bəxtiyar Musayevin 5 oyunluq cəzası şərti cəza ilə əvəz olunub. Növbəti 6 ay müddətində Bəxtiyar Musayev analoji hallara yol verdiyi təqdirdə, ona tətbiq olunacaq intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Ceyhun Əhmədov