AFFA-nın baş katibi “Bakı”nın geyinmə otağına niyə girib?

affa-nin-bas-katibi-bakinin-geyinme-otagina-niye-girib
Oxunma sayı: 1375


“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, qonaq komandanın futbolçuları maddi sıxıntılara görə Ağdam klubuna qarşı oyuna çıxmağa son anda razı olublar.

Bu da AFFA-nın baş katibi Elxan Məmmədovun sayəsində olub. Belə ki, matçın başlanmasına bir neçə dəqiqə qalmış assosiasiyanın baş katibi mərkəzi arenaya gəlib. O, “zolaqlılar”ın vitse-prezidenti Yaşar Seyidovla birgə “Bakı”nın soyunub-geyinmə otağına yollanıb. Qonaq komandanın üzvlərinə vəziyyətin maddi problemlərin düzələcəyi ilə bağlı vəd verib, onları meydan çıxmağa razı salıb. Baş katib “Bakı”nın futbolçularıının pullarının tədricən ödəniləcəyini deyib.