AFFA-nın keçirdiyi liqaların oyunlarında 1 dəqiqəlik sükut

affa-nin-kecirdiyi-liqalarin-oyunlarinda-1-deqiqelik-sukut
Oxunma sayı: 1036

AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqalar və Region Liqasınının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın sosial şəbəkə hesablarında bildirilib. 1 dəqiqəlik sükutla Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi yad ediləcək.

Həmçinin AFFA-nın paylaımında qeyd olunub: "Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!".

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında 21-ci turunda turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında 1 dəqiqəlik sükutla zəlzələ qurbanlarının xatirəsi yad olunub.