Xəbər verdiyimiz kimi, bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, iclasda AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib.
Konfrans aprelin 2-nə təyin edilib.
Qeyd edəki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.