AFFA Premyer Liqa klubuna xəbərdarlıq etdi

affa-premyer-liqa-klubuna-xeberdarliq-etdi
Oxunma sayı: 2602

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Premyer Liqamızın 22-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Komitə “Sabah” klubuna xəbərdarlıq edib. Buna paytaxt təmsilçisinin evdə “Zirə” ilə görüşündə hakimlər otağının internetlə təmin edilməməsi səbəb olub.

Həmçinin klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” 800 manat cərimələnib.

Qeyd edək ki, “Sabah” – “Zirə” matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.