AFFA “Qarabağ”ın məşqçisini cəzalandırdı

affa-qarabagin-mesqcisini-cezalandirdi
Oxunma sayı: 1406

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Sabah” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat cərimə olunub.

Oyunun 25-ci dəqiqəsində  “Sabah”ın 19 №-li futbolçusu  Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Görüşün 62-ci dəqiqəsində “Zirə”nin 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat ziyana salıb.

“Zirə” və “Sabah” matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə ödəyəcək.

“Qəbələ” – “Sumqayıt” qarşılaşmasında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat ödəməlidi.

“Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində qonaqların 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

Matçdan əvvəl “Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat ödəyəcək.