AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı

AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı
Oxunma sayı: 441

AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın son turu ilə bağlı cəzalar bəlli olub. 

“Qəbələ” – “Keşlə” oyununda ev sahibi komandanın futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. “Keşlə”nin isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunur.

“Zirə” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi