AFFA “Qəbələ”nin şikayətini təmin etmədi

affa-qebelenin-sikayetini-temin-etmedi
Oxunma sayı: 1023

Apelyasiya Arbitraj Tribunalı “Qəbələ”nin şikayəti ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Premyer Liqanın XX turunda “Zirə” ilə keçirilən oyunda qırmızı vərəqə alan yarımmüdafiəçi Merab Qiqauriyə kəsilən 3 oyunluq cəza müzakirə mövzusu olub.

AFFA İntizam Komitəsinin həmin qarşılaşmada aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılması, klubun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

“Qəbələ” klubunun məsələ ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.