AFFA “Qəbələ”yə 700 min manat vəsait ayıracaq

affa-qebeleye-700-min-manat-vesait-ayiracaq
Oxunma sayı: 1895

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. 

“Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qəbələ” növbəti mövsüm birinci divizionda mübarizə aparacaq.