AFFA qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlayacaq

affa-qondarma-bayraga-gore-fifa-ya-muraciet-unvanlayacaq
Oxunma sayı: 2225

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq. 

Bu barədə asossiasiyanın rəsmi feysbuk hesabında payalaşım edilib.

"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq", - deyə paylaşımda qeyd olunub.